22 yaşlı qızı öldürüb cəsədini zorladılar

22 yaşlı qızı öldürüb cəsədini zorladılar
Xəbərlər
10.09.2017 23
Odessanın Ovidiopal rayonunda çimərlikdə 22 yaşlı qızın meyidi tapılıb.

Qadınlar.biz publika.az-a istinadən bildirir ki, gənc qızın cəsədini iyulun 4-də yerli sakinlər tapıblar.

Onların sözlərinə görə, qumun üzərində insan əlinə rast gəliblər və qazdıqdan sonra cəsədlə qarşılaşıblar.

Odessa polisinin rəisi Qeorqi Lortkipanidze hadisə ilə bağlı artıq iki şübhəlinin saxlanıldığını deyib.

İlkin məlumata görə, qətlə yetirilən qız dostları ilə birlikdə dəniz kənarında dincəlirmiş. Spirtli içki içəndən sonra aralarında mübahisə yaranıb. İki oğlan gənc qızı əvvəlcə suda batırıb. Sonra sahilə çıxararaq, zorlayıblar və cəsədi qumda basdırıblar.

Məlumata görə, cinayəti törədən şəxslər bir gün sonra yenidən hadisə yerinə gəliblər. Onlardan biri cəsədi basdırdıqları qumdan çıxararaq suda yuyub. Cəsədlə yenidən cinsi əlaqədə olandan sonra zorlanma izlərini itirmək üçün qızın cinsiyyət orqanını kəsiblər. Daha sonra cəsədi yenidən qumda basdırıblar.

Hazırda hər iki şəxs saxlanılıb və istintaq gedir. Onlar Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə (qəsdən adam öldürmə) ittiham olunurlar. Cinayətdə şübhəli bilinənlərdən biri əvvəllər zorlama, digəri isə oğurluq faktı üzrə mühakimə olunublar. Bu cinayət hadisəsinə görə onları ya 15 ilə qədər, ya da ömürlük həbs cəzası gözləyir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!