Azərbaycanda gənc oğlanın sevgilisi ilə birgə faciəvi sonu

Azərbaycanda gənc oğlanın sevgilisi ilə birgə faciəvi sonu
Xəbərlər
10.09.2017 25
Sumqayıtda dəhşətli hadisə baş verib.

Sumqayıt Şəhər Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, maşında gənc oğlanla qızın meyiti tapılıb. Hadisə iyulun 22-dən 23-nə keçən gecə, şəhərin “3-cü kvartal” ərazisinin həyətindəki qarajda qeydə alınıb.

“Qafqazinfo” hadisə ilə bağlı bəzi təfərrüatları əldə edib.

Belə ki, əsgərliyə getməyə hazırlaşan Kənan sevgilisi Sevinclə qarajlarında görüşüb. Maşında kondisioneri yandıran cütlük bir neçə saat sonra zəhərlənərək vəfat edib.

Qızın valideynləri onun evdə yoxluğundan narahat olublar və axtarışa başlayıblar. Nəticədə sözügedən qarajda gənclərin meyiti aşkarlanıb.

Qeyd edilir ki, hadisə baş verən günün səhəri (iyulun 23-ü) Kənan əsgərliyə getməli imiş, o, sevgilisi ilə vidalaşmaq məqsədilə görüşüb.

Azərbaycanda gənc oğlanın sevgilisi ilə birgə faciəvi sonu
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!