"Hələ də ürəyimin ağrısı keçməyib" - Xoşqədəm

Xəbərlər
10.09.2017 8
Aparıcı Xoşqədəm Hidayətqızı 6 yaşlı qızının döyülərək öldürülməsinə göz yuman qadının həbs olunması xəbərinə münasibət bildirib.

aparıcı bu cür qadınların analıq adından məhrum olunmasını tələb edib:

“Bir az əvvəl bu xəbəri oxudum. Hələ də ürəyimin ağrısı keçməyib. Bir ana öz övladına, həm də körpə, köməksiz, gücsüz, 6 yaşlı balaya necə əl qaldıra bilər? Yaxud da ata, o qadının sevgilisi necə 6 yaşlı uşağı ananın gözü qarşısında döyə bilər? Biri bunu mənə izah etsin.

O qızcığazın həsrətində olan nə qədər ailələr, analar var. Məncə övladını atan, öldürən qadınlar analıq hüququndan məhrum edilsin. Ən ağır cəza nədirsə, o verilsin. Hətta Avropada olduğu kimi digər övladları da əlindən alınsın.

Lənət olsun körpə, gücsüz, köməksiz, məsum körpələri atan, onlara əl qaldıran analara da, atalara da. Kaş ki bu xəbəri oxumasaydım.

Bir anlıq o körpəni döydükləri an gözlərimin önündə canlandı və düşündüm, görəsən, həmin an o yazıq qızcığaz kimi köməyə çağırırmış? Gözləri önündə dayanan və can parçasını bir kişiyə qurban verən ananı, yoxsa bir başqasını? Allah bəlanızı versin. Gücsüz bir körpəyə əl qaldıracaq qədər şərəfsizsiniz”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!