Dostluqdan sildiyi üçün sevgilisinin üzünü yandırdı - Facebooka

Dostluqdan sildiyi üçün sevgilisinin üzünü yandırdı - Facebooka
Xəbərlər
10.09.2017 7
15 yaşlı qız facebook sosial şəbəkəsində dostluqdan sildiyi oğlan tərəfindən yandırılıb.

Qadinlar.Biz-in xarici mətbuata istinadən xəbərinə görə, Hindistanda bir yeniyetmə facebook sosial şəbəkəsində onu dostluqdan silən qızdan intiqam almaq üçün üzünü qaynar suyla yandırıb. Şimali Hindistanın Bihar vilayətindən olan yeniyetmə oğlan qızın evinə gəlib. Qızın anasını kənara itləyərək qaynar suyu zərərçəkmişin üzünə töküb. Dərhal xəstəxanaya çatdırılan qızın üzünün 20 faizi yanıb. Xüsusən sağ yanağı və boynunun sağ hissəsi daha ağır dərəcəli yanıq xəsarətləri alıb.

Zərərçəkmiş qız "Mən onun dostluğunu 1 il əvvəl layiqli olduğunu düşünüb qəbul etmişdim. Ancaq son zamanlar təhqirdeci sözlər işlətməyə və söyüş söyməyə başladı, mən də dostluqdan sildim", - deyib.

Onu da qeyd edək ki, Hindistanda facebook faciələri getdikcə artıb. Bu yaxınlarda 17 yaşlı bir qız ailəsinin facebook qadağasına görə intihar etmişdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!