Pomidor yumurta ehtirası artırır - Resept

Pomidor yumurta ehtirası artırır - Resept
Xəbərlər
10.09.2017 27
Bu dəfə də sizinlə reseptini bölüşmək istədiyimiz yemək- pomidor yumurta olduqca asan hazırlanan və tez başa gələn yeməklərdən hesab edilir. Onu bişirməyə başlamazdan əvvəl istifadə edəcəyimiz ərzaqların əhəmiyyətindən danışaq.

Bilirsiniz ki, pomidor, bibər və xiyar ən çox ehtiras yaradan tərəvəzlərdən hesab edilir? Xəbəriniz olsun ki, pomidor yalnız vücudunuzda qanı artırmır, eyni zamanda cinsi istəyinizi də artırır.

İndi isə bu dadlı yeməyi hazırlamaq üçün bizə lazım olan ərzaqlara diqqət yetirək:

2 ədəd pomidor;
2 ədəd bolqar bibəri;
1 ədəd iri soğan;
3 ədəd yumurta;
Yağ, duz, istiot.

İndi isə yeməyimizi hazırlaya bilərik.

Əvvəlcə soğanı soyub, xırda-xırda doğrayıb qızardırıq. O qızardığı vaxt pomidorları və bibərləri doğrayır, qızardıqdan sonra isə bibəri yağ soğana əlavə edirik. Bibərlər bişdikdən sonra pomidorları bu qarışığa qatırıq. Pomidorla soğan yaxşıca bişdiyi vaxt ayrı qabda yumurtaları çalıb, ona duz istiot tökərək yaxşıca qarışdırırıq. Pomidor bişdikdən sonra isə onun üzərinə əlavə edirik. 10-15 dəqiqə gözləyirik və budur yeməyimiz hazırdır.
Bu qədər asan.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!