Anam atamı oğlu yaşında biriylə aldadır

Anam atamı oğlu yaşında biriylə aldadır
Xəbərlər
10.09.2017 7
Təəssüf ki, anam atamı aldadır. Üstəlik az oğlu yaşındakı köhnə şagirdiylə. Anam 45 yaşında, mən isə 13. Bir il qədər əvvəl şübhələnib anamın telefonuna baxmışdım. 30 yaşlarında, köhnə bir şagirdiylə yazışmaları vardı. Hər saat, hər dəqiqə danışırdılar. Bir il boyunca içimə atdım amma içim qan ağladı, amma atama da söyləyə bilmədim. Bu yaxınlarda təkrar mesajlara baxdığımda anladım ki, adam avtobusla tətilə gedərkən o səhər yaşadığımız şəhərdə fasilə vermiş. Anam da məni məktəbə buraxdıqdan sonra, "işim var" deyib, getmişdi. Məgər avtobus terminalına getmiş, onu görməyə. Günün sonunda yazışmalarını oxudum.

Atam ürək xəstəsidir. Deyil boşanmaq, köhnə şagirdiylə nələr yaşadığını öyrənsə dözə bilməz. Mən atamı çox sevirəm. Ona bir şey olsun istəmərəm. Amma dözə bilmirəm artıq. Boşansınlar deyirəm bir tərəfdən. Bu vəziyyəti ailəmizdə məndən başqa, böyük qardaşım da daxil, heç kim bilmir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!