Nişanlımın dostuna aşiq oldum

Nişanlımın dostuna aşiq oldum
Xəbərlər
10.09.2017 13
30-lu yaşları bir qadınam. Şanssızlıqmı, qismətsizlikmi? Naməlum... Heç cür gözəl bir əlaqəm olmurdu, olanlar isə 3 ayı keçmirdi. Əslində evlənmək kimi bir xəyalım də yox idi yalnız üzərimdə ailə təzyiqi çox idi. Mən sevgi ilə edəcəyim bir evlilik istəyərkən ailəm və ətrafımdakılar "30-lu yaşlardan sonra nə eşqi?" şəklində cümlələr sıralayırdılar mənə. Xüsusilə anamın bu vəziyyətə çox kədərləndiyini bilirdim ancaq yenə də çox əhəmiyyətsiz hesab edirdim. Bir gün anamın, otaqda ağlayaraq mənim evlənməm, yaxşı bir ər tapmam, gözəl bir yuva qurmam üçün dua etdiyini eşidincə mən də özümü pis hiss etməyə başladım və ətrafımdakı hər kəsi "evləniləcək kişi" gözü ilə axtardım. O an anladım ki ətrafımda həqiqətən evlənə biləcəyim bir adam yox idi. Çirkin bir qadın deyildim, "Qaşı belə olsun, boyu belə olsun" deyə meyarlarım da yox idi amma yenə də evlənə biləcəyim birini tapa bilmirdim.

Bir gün anamın tanışları vasitəçiliyi ilə bir adamla tanış oldum. Aşiq olmadım amma pis biri kimi də gəlmədi. Yaxşı biriydi hətta. Üzərimdə o qədər çox təzyiq hiss edirdim ki heç bir detala girmədən, xəyallarımı sorğulamadan, nə istədiyimdən əmin olmadan tanış olmamızdan 3 ay sonra üzük taxdıq, yəni nişanlandıq. Təxminən bir 6 ay qədər sonra da toyumuz olacaqdı. Toy hazırlıqları edərkən nişanlımın yaxın yoldaşı adına Əmrə deyəcəyəm... Əmrə ilə tanış olduq. Onu ilk gördüyüm anda içim rəsmi olaraq alovlandı, inanılmaz bir duyğu örtdü içimi. Ancaq çox böyük bir məsuliyyət vardı üzərimdə... Nişanlım... Nişanlımın da mənə çox aşiq olduğunu düşünmürdüm amma evlilik planları edərkən onu üz üstü buraxa bilməzdim. Nişanlım, mən və Əmərənin də içində olduğu yoldaş mühitindəki görüşmələrimiz toya 4 ay qala daha da artmağa başladı. O görüşmələrdən birində Əmərənin də mənə diqqəti olduğunu anladım.

Nə sevdiyimi, neyə allergiyam olduğunu, nələrdən xoşlandığımı o qədər yaxşı izləmiş və ağılında tutmuşdu ki bunu anlamamaq artıq qeyri-mümkün olmuşdu. Mən öz içimdə nişanlımdan ayrılmağa qərar vermişdim ancaq bunu necə söyləyəcəyimi bilmirdim. Əvvəl dostlarımla ardından onların verdiyi dəstəklə anamla danışdım. Çox çətin bir müddət idi ancaq nişanı pozdum. Pozduqdan sonra da Əmrəyə onunla görüşmək istədiyimi, danışacaq şeylərim olduğunu söylədim. Başda çəkindi ancaq sonra o da rədd etmədi. 35 yaşıma gəldiyimdə isə xəyallarımdakı kimi eşq evliliyi etmiş bir qadındım. İndi hamiləyəm, aşiq olduğum adamdan, Əmrədən bir uşaq gözləyirəm. Bu etirafı da ailə təzyiqi ilə özünü evlənmək məcburiyyətində hiss edən qadınlar üçün edirəm. Özünüzdən, duyğularınızdan, gözləmənizdən əmin olmadan ciddi bir addım atmayın. Həqiqətən çox kədərlənərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!