Sərnişin avtobusu aşdı - 11 nəfər öldü, 21 yaralı var

Sərnişin avtobusu aşdı - 11 nəfər öldü, 21 yaralı var
Xəbərlər
10.09.2017 11
Çinin cənub qərbindəki Quyçjou əyalətində ağır yol qəzası baş verib.

Sərnişin avtobusunun körpüdən aşması nəticəsində 11 nəfər həlak olub, 21-i isə yaralanıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanlara yerləşdirilib. Onlardan 6-sının vəziyyətinin ağır olduğu deyilir.

Polisin məlumatına görə, hadisə zamanı avtobusda 39 sərnişin olub. Hadisədən dərhal sonra əraziyə gələn xilasedicilər, sərnişinləri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarmaq üçün xeyli vaxt sərf edib. Bildirilir ki, avtobus körpüdən keçərkən qəflətən idarəetmədən çıxıb. Qəza gecə saatlarında baş verdiyindən, hadisəyə sürücünün sükan arxasında yuxulamasının səbəb ola biləcəyi ehtimal edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!