17 yaşlı qızın ölümünə səbəb olan həkimin döyülmüş fotosu yayıldı

17 yaşlı qızın ölümünə səbəb olan həkimin döyülmüş fotosu yayıldı
Xəbərlər
10.09.2017 44
Burnundan əməliyyat olunarkən dünyasını dəyişən 17 yaşlı qızın əməliyyatında narkoz verən anestezioloq-həkimin fotosu yayılıb.

QADINLAR.BİZ-in baku.vs-ə istinadən məlumatına görə, Aygül adlı gənc qızın qohumları həkimi döyüblər.

Qeyd edək ki, gənc qız bu il 601 bal toplayaraq Bakı Dövlət Universitetinə daxil olub.

Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

17 yaşlı qızın ölümünə səbəb olan həkimin döyülmüş fotosu yayıldı
17 yaşlı qızın ölümünə səbəb olan həkimin döyülmüş fotosu yayıldı
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!