Qarğıdalı satan oğlan özünü qurban verdi - “Şıxov”da faciə

Qarğıdalı satan oğlan özünü qurban verdi - “Şıxov”da faciə
Xəbərlər
10.09.2017 11
Bakıda “Şıxov” çimərliyində bədbəxt hadisə baş verib.

“Qadınlar.biz”in AzNews.az-a istinadən məlumata görə, çimərlikdə 2 nəfər batıb. Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə 2 oğlan batmaq təhlükəsi ilə üzləşib. Çimərlikdə qarğıdalı satan Zamin adlı 20 yaşlı gənc onları xilas etmək üçün dənizə girib. Həmin şəxs oğlanlardan birinin həyatını qurtara bilib. Lakin batmaq təhlükəsi yaşayan ikinci şəxsin həyatını qurtarmaq üçün cəhdi uğursuz olub, bədbəxt hadisə baş verib.

Belə ki, Qobustan sakini olan həmin şəxsin özü də suda boğulub.

Onun meyiti sudan çıxarılsa da, digər şəxsin meyti tapılmayıb.

Qarğıdalı satan oğlan özünü qurban verdi - “Şıxov”da faciə
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!