Ölən 9 aylıq hamilə DSX-nin ilk qadın pilotu imiş

Ölən 9 aylıq hamilə DSX-nin ilk qadın pilotu imiş
Xəbərlər
10.09.2017 30
Xəbər verdiyimiz kimi, Bakıda 36 həftəlik hamilə olan qadın Dilarə Babayeva körpəsi ilə birgə vəfat edib. "Qadinlar.Biz" qafqazinfo.az-a istinadən xəbər verir ki, xanım Babayeva Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu olub.

1986-cı il təvəllüdlü Dilarə Aydın qızı Babayeva kapitan imiş.

Qeyd edək ki, D. Babayeva dünən zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına aparılıb. Qadını və körpəsini xilas etmək mümkün olmayıb. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən məlumata görə meyitin beynində qansızma əlamətləri müşahidə olunub. Bunun nə ilə bağlı olduğu dəqiqləşdiriləcək. Ölümün zəhərlənmə ilə bağlı olma ehtimalı çox azdır. Dəqiq ölüm səbəbi bütün laborator müayinələr aparıldıqdan sonra bəlli olacaq.

Dilarə Babayevanın hazırda Sumqayıtda dəfni həyata keçirilir.

Ölən 9 aylıq hamilə DSX-nin ilk qadın pilotu imiş
Ölən 9 aylıq hamilə DSX-nin ilk qadın pilotu imiş
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!