Putindən son addım: rayonların qaytarılacağı vaxt açıqlandı

Putindən son addım: rayonların qaytarılacağı vaxt açıqlandı
Xəbərlər
10.09.2017 5
Sentyabrın 8-də Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Ermənistan mediası Moskvanın rayonların qaytarılması ilə bağlı məsələnin həlli üçün 8 sentyabr tarixində son və ən güclü cəhdini edəcəyini yazıb.

“Lragir” saytında yayımlanan Naira Ayrumyanın müəllifi olduğu məqalədə deyilir ki, aprel müharibəsindən sonra keçirilən Vyana görüşündə təmas xəttində nəzarət mexanizminin yaradılması gündəmə gəldi: “Həmin görüşün detalları məlum deyil. Amma görünür, Qərb mexanizmin qurulmasında israr edir Buna qarşı çıxan Rusiya isə mexanizmlərin yeni sərhədlər yaradıldandan sonra qurulmasını təklif edir”.

Müəllif yazır ki, yeni sərhədlər rayonların qaytarılmasından sonra yaradılacaq: “Hansı ki, planda 5, yaxud 2 rayonun qaytarılması var. İrəvandakı qiyama qədər Moskva rayonların qaytarılması məsələsini sona çatdıracaqdı. Lakin gözlənilməz olan bu hadisələr prosesi təxirə saldı. İndi Rusiya prosesi yenidən canlandırır”.

Məqalədə bildirilir ki, Qarabağ münaqişəsinin həlli düz xəttə çıxıb. “Rusiya Ermənistanı güzəştə məcbur etmək üçün son cəhdlərini edir. Sentyabrın 8-də Moskvada baş tutacaq görüş də bu cəhdlərdəndir”, - deyə müəllif qeyd edib.(Publika.az)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!