Toy qana bulandı - Ürəyindən bıçaqladılar - Azərbaycanda

Toy qana bulandı - Ürəyindən bıçaqladılar - Azərbaycanda
Xəbərlər
10.09.2017 15
ATV.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin Təbriz küçəsində yerləşən şənlik evində baş verib.

Gəncə sakini 29 yaşlı Ramal İsgəndərov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Həkimlərin müayinəsi zamanı Ramal İsgəndərovda döş qəfəsinin sol yarısının daxilə keçən kəsilmiş deşilmiş yarası aşkar olunub və yaralı dərhal əməliyyat olunub.

İlkin məlumata görə, zərəçəkmiş toy mərasimində yaranan mübahisə zəminində bıçaqlanıb.

Etibar Abbasov - həkim: “Xəstə təcili əməliyyata götürülüb, ağ ciyər və ürəyin yaralanması aşkarlanıb. Yaralar tikilib, qanaxma dayandırılıb, xəstənin hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti keçirilən əməliyyata uyğun olaraq ağırdır”.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!