Bakıda 17 yaşlı sürücü dəhşətli qəza törətdi – FOTO

Bakıda 17 yaşlı sürücü dəhşətli qəza törətdi – FOTO
Xəbərlər
10.09.2017 21
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qadınlar.biz-in APA-ya istinadən məlumatına görə, qəza Nobel prospektində qeydə alınıb.

Prospektin şəhərin mərkəzi istiqamətində olan hissəsində piyada keçidinin üzərində 52 yaşlı qadını “Hyundai” markalı avtomobil vurub. Yüksək sürətlə hərəkət edən minik avtomobili qadını 100 metrə yaxın məsafədə yerlə sürüyüb. Hadisə nəticəsində qadının meyiti iki yerə parçalanıb.

Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, dünyasını dəyişən piyada 1964-cü il təvəllüdlü Sevda Nəsirovadır.

Avtomobili isə heç bir sənədi olmayan 17 yaşlı yeniyetmə idarə edib. Polis əməkdaşları yeniyetmə sürücünü saxlayıb, lakin onun adı açıqlamır.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakıda 17 yaşlı sürücü dəhşətli qəza törətdi – FOTO
Bakıda 17 yaşlı sürücü dəhşətli qəza törətdi – FOTO
Bakıda 17 yaşlı sürücü dəhşətli qəza törətdi – FOTO
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!