Ölən gənc qızın son 'facebook' statusu - "Həyat, sən səbəbsən..."

Ölən gənc qızın son 'facebook' statusu -
Xəbərlər
10.09.2017 12
Ötən gün Sumqayıtda baş verən qəzada vəfat edən Sürəyyə Qəhrəmanlı ölümdən öncə "facebook"da status paylaşıb.

Qadınlar.Biz xəbər verir ki, “Baku Medical Plaza”da çalışan 25 yaşlı Sürəyya sosial şəbəkədəki hesabında ölümündən bir neçə gün əvvəl həyatla bağlı bu paylaşımı edib:

"Həyat – nə qədər sadə səslənsən də, samitlərin qədər səs-küylü, bəzən qulaqları kar edəcək qədər səssiz, saitlərin qədər incəliklərlə, qalın layları xatırladan günbəgün üstüstə yığılan incəliklərlə dolu, hecaların sayda ikili rəng çeşidiylə, ağlı-qaralı dünyamızın təcəssümüsən. Bəzən ruha xoş gəlirsən, bəzən ruhdan düşməyimizə səbəbsən"

Dostları onun bu paylaşımını öz səhifələrində paylaşaraq onunla bağlı xatirələrini bölüşüblər.

Qəzada dünyasını dəyişən gənc qızın digər bacısı Leyla Qəhrəmanlı isə hazırda reanimasiya şöbəsində müalicə alır. Onun vəziyyətinin stabil-ağır olduğu bildirilir.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanlının idarə etdiyi "Chevrolet"in "MAN" markalı yük maşınına çırpılması nəticəsində o vəfat edib. Bacısı, 24 yaşlı Leyla Qəhrəmanlı isə koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, ekspertizalar təyin edilib.(AZXEBER.COM )скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!