Araz Ağalarovun “görünməz” övladı – FOTOLAR

Araz Ağalarovun “görünməz” övladı – FOTOLAR
Xəbərlər
10.09.2017 10
Ağalarovlar ailəsi haqqında demək olar ki, hər şey məlumdur.

Moskvada yaşayan tanınmış iş adamı Araz Ağalarovun ailəsi və biznesində qaranlıq heç bir künc-bucaq qalmayıb.

Strateq.az xəbər verir ki, medianın üzə çıxardığı nə varsa, ortadadır: ailənin mənşəyi, üzvləri, sərvəti, saysız-hesabsız daşınmaz əmlak, yeni layihələr… Hər şey bir-bir üzə çıxarılıb. Ailənin bircə üzvü istisna olmaqla – Şeyla Ağalarova.

O, bu nəslin ikinci övladıdır. Lakin onun haqqında bilgilər yetərindən artıq azdır. Milyarder Araz Ağalarovun hazırda 24 yaşında olan qızı geniş tanıtımdan hər vəchlə qaçır.

Anası İrina Ağalarova bir dəfə demişdi: "Şeylanı dünyaya gətirdikdə üçüncü övlad arzusunda idim. Lakin indi üçüncü övladım var”.

Bu sözlərlə, əlbəttə, Leyla Əliyeva nəzərdə tutulurdu. Lakin Emin Ağalarov və Leyla Əliyevanın toyunda sonra da anası doğma qızını diqqətdən kənarda qoymur. Deyilənə görə, xanım İ.Ağalarovanın Şeyla üzərində təsiri hələ də böyükdür.

O, ara-sıra qardaşının konsertlərində görünsə də, səs-küylü məclislərdən qaçır. Rusiyanın kübar məclislərində belə, Şeyla nadir hallarda görünür. Göründüyü təqdirdəsə, ailəsi ilə birgə.

Nyu-Yorkdakı "Fashion Institute of Technology”ni bitirən Ş.Ağalarova barədə son bilgi onun indi də ABŞ-da yaşamasıdır. Nüfuzlu ailənin ikinci övladı dizayn sahəsində çalışır və bunu heç kimdən gizli deyil. Ailə sərvətindən gözü olmayan Ş.Ağalarova öz biznesini təsis edib. Yəqin ki, o da ata-Ağalarov kimi iş dünyasının zirvəsinə çıxmaq arzusundadır.

Araz Ağalarovun “görünməz” övladı – FOTOLAR
Araz Ağalarovun “görünməz” övladı – FOTOLAR
Araz Ağalarovun “görünməz” övladı – FOTOLAR
Araz Ağalarovun “görünməz” övladı – FOTOLARскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!