Hökumətdən əhaliyə İNANILMAZ ŞAD XƏBƏR - Bu qürumlar LƏĞV EDİLİR - ŞÜKÜR!

Hökumətdən əhaliyə İNANILMAZ ŞAD XƏBƏR - Bu qürumlar LƏĞV EDİLİR - ŞÜKÜR!
Xəbərlər
10.09.2017 15
Sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan sonra idarəetmə sistemində ciddi dəyişikliklər gözlənilir. İdarəetmə islahatları ilk növbədə regional idarəetmə strukturunun təkmilləşdirilməsi və rayon (şəhər) icra hakimiyyətlərinin ləğvini nəzərdə tutur. Bu barədə hakimiyyətdəki qaynaqlardan məlumat daxil olub.

Mənbənin məlumatına görə, idarəetmə islahatının nüvəsini 9 vilayətin yaradılması təşkil edir: "Hazırda ölkədə 11 respublika tabeli şəhər (Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan

Naxçıvan (Muxtar Respublika tabeliyində), Sumqayıt, Şəki, Şirvan (keçmiş Əli Bayramlı)

Yevlax), 66 rayon daxildir. Bakı və Naxçıvanı çıxmaq şərti ilə, qalan 9 şəhər mərkəz olmaqla 9 vilayətin yaradılması nəzərdə tutulur".

"Vilayətlərin yaradılmasında məqsəd mərkəzi hakimiyyətin yükünü azaltmaq və regional idarəedicilərin funksiyalarını artırmaq, dövlət xərclərini optimallaşdırmaqdır. Hesablamalara görə, bir rayon icra hakimiyyətinin saxlanılma xərcləri normalda bir vilayət rəhbərliyinin saxlanılması üçün tam yetərlidir. İkincisi, nazirliklərin yerli şöbələrinin də birləşdirilməsi nəzərdə tutulur ki, bu da büdcə xərclərinə əhəmiyyətli dərəcədə qənaət imkanları yaradır. Nəhayət, vilayətlərin idarəetmə xərcləri mərkəzi büdcə hesabına deyil, yerli resurslar hesabına qarşılanacaq"-deyə mənbə bildirib.

Mənbə onu da bildirir ki, vilayətlərin yaradılması həm də nəzərdə tutulan iqtisadi islahatların tərkib hissəsidir: "Bundan sonra yeni iş yerlərinin açılması, məğulluğun təmini, infrastruktur layihələrinin maliyyələşməsi vilayətlərin daxil resursları hesabına aparılacaq. Güman ki, vilayətlərin maliyyə bazasını genişləndirmək üçün bəzi vergi növlərinin yığılması da onların səlahiyyətinə daxil ediləcək. İlkin mərhələdə vilayətə prezidentin təyin etdiyi şəxs rəhbərlik edəcək. Ancaq yaxın gələcəkdə vilayət rəhbərinin seçki yolu ilə müəyyənləşəcəyi gözlənilir".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!