Avtomobil markalarının qeyri-adi mənaları - SİYAHI

Avtomobil markalarının qeyri-adi mənaları - SİYAHI
Xəbərlər
10.09.2017 27
Hər gün yollarda milyonlarla avtomobil hərəkət edir. Bəs bu avtomobil markaları hansı mənanı verir? Bizimyol.info maran.az-a istinadən avtomobil markalarının mənalarını təqdim edir:

Mitsubishi: Bu avtomobil adını şirkətin emblemi olan keçmiş yapon döyüşçüləri samurayların gerbindən alır. Mitsu (üç) və BISH (almaz) sözlərinin birləşməsindən əmələ gəlib.

Mercedes-Benz: Avstriyalı iş adamı Emil Jelinec 1897-ci ildə nəqliyyat vasitəsinə qızının adı olan “Mercedes” qoyur və bunun şərəfinə şirkətin qurucuları Gottlieb Daimler və Karl Benz istehsal etdiyi avtomobillərə “Mercedes” adını verməyə davam edirlər.

Mazda: Şirkət adını “Qanadlarını açmış ağ bir qartal” anlamına gələn Zərdüştlərin müdriklik tanrısı “Ahura Mazda”dan alır.

Hyundai: Şirkətin adı Koreya dilində “Çağdaç, müasir” mənasını verər.

SsangYong: Cənubi Koreyalı avtomobil istehsalçısının adı, “Əkiz əjdaha” mənasını verər.

Kia: Koreyanın 2-ci böyük avtomobil firması “Kia”nın adı “Asiyadan doğan” mənasını verir.

Cadillac: 1902-ci ildə qurulan ABŞ markası adını Detroit şəhərini quran 16-cı əsrdə yaşamış Fransız ixtiraçı Antoine de la Mothe Cadillacdan alıb.

Subaru: Yapon avtomobil markası Subaru adını Buğa komanda ulduzunun Yaponiyadakı adından alır.

Pontiac: Məşhur ABŞ markası adını 1700-cü illərdə yaşayan Hindistan Şefi Pontiac Obwandiyagdan alıb.

Dacia: Rumıniyanın ən böyük avtomobil firması Dacia eyni zamanda Rumıniyanın qədim zamanlardakı adıdır.

Jeep: Hərbi məqsədlə istehsal olunan bu avtomobilin adı “Eugene the Jeep” adlı bir heyvandan gəldiyi iddia edilir.

Lexus: Latın dilindən “Qanun” mənasını verən şirkət Toyotanın lüks avtomobil markasıdır.

Škoda: Çex avtomobil firması adını qurucusu Emil von Škodadan alır. Dövrün ən böyük silah istehsalçılarından olan Škoda eyni zamanda çekx dilində “ziyanlı” mənasını verir.

Volkswagen: Alman dilindən tərcümədə “Xalq avtomobili” mənasını verir.

Audi: Audi sözü Latınca “Duydum, eşitdim” mənasını verir.

Aston Martin: İngilis idman avtomobil istehsalçısı Aston Martin adını qurucularından biri olan Lionel Martinin adından alır.

BMW: BMW-nin mənası Bayerische Motor Werk (Bavyera Mühərrik Fabriki)-dir

SAAB: İsveç firamasının açılışı Svenska Aeroplan Aktie Bolaget (İsveç Təyyarə Anonim Şirkəti)-dir və ilk olaraq müdafiə sənayesi şirkəti olaraq qurulub.

Alfa Romeo: 1910 A.L.F.A. (Anonim Lombarda Fabbrica Automobili (Lombardiya Avtomobil Zavodu Şirkəti)) adıyla qurulan şirkət, Nicola Romeroun ortaq olmasıyla Alfa Romeo adını alıb.

FIAT: İtalyan avtomobil firması “Fiat”ın açılışı Fabbrica İtaliana Automobili Torino (Torino İtalyan Avtomobil Zavodu)dur.

Tesla: ABŞ-ın elektrik idman avtomobil istehsalçısı adı üçün məşhur ixtiraçı “Nicola Tesla”dan ilham alıb.

Volvo: İsveçli avtomobil firmasının adının mənası latınca “Dönür” deməkdir.

SEAT: Volkswagenin tabeçiliyində olan ispan avtomobil firmasının açılışı Sociedad Española de Automóviles də Turismo (İspan tur avtomobili şirkəti) mənasını verir.

Nissan: 1934-cü ildə Jidosha-Seizo Co və Nihon Sangyo Co.ltd. şirkətlərinin birləşməsi 2 şirkətin Yaponiyadakı qısaltması ilə Ni-san sözü meydana gəlib. Eyni il şirkət Nissan Jidōsha Kabushiki Gaisha (Nissan Motor Şirkəti) adını albr.

İnfiniti: Nissanın lüks avtomobil markasıdır. Adı İngiliscədəki “ucsuz-bucaqsız” mənasını verən Infinity sözündən gəlir.

Ford: Bu avtomobil adını ixtiraçısı Henry Forddan alır.

Opel: Adını qurucusu Adam Opelin adından götürüb.

Honda: Şirkət adını qurucusu Soichiro Hondadan alır.

Acura: Adını Accurate (doğru) sözünün qədim dillərdə istifadə halından alan şirkət Hondanın lüks avtomobil markasıdır.

Porsche: Şirkət məşhur Volkswagenin “Tısbağa” modelini hazırlayan mühəndis Ferdinand Porschenin oğlu Ferry Porsche tərəfindən qurulub və onun adı ilə bağlıdır.

Jaguar: İngilis lüks avtomobil istehsalçısı adını Cənubi Amerikada yaşayan yırtıcı bir heyvan olan Yaquardan alır.

Suzuki: Adını Qurucusu Michio Suzukidən alıb.

Maserati: İtalyan lüks avtomobil şirkəti Alfieri, Bindo, Carlo, Ettore, Ernesto Maserati qardaşlar tərəfindən 1914-cü ildə İtaliyada qurulub.

Ferrari: İtalyan məşhur lüks avtomobil şirkəti adını qurucusu və məşhur yarışçı Enzo Ferrarinin adından alır.

Lancia: Adını qurucusu Vincenzo Lanciadan alıb.

Bugatti: Lüks avtomobil firması adın Ettore Bugattinin adından götürüb.

Lamborghini: Məşhur yarış avtomobili firması adını qurucusu Ferruccio Lamborghinidən alıb.

Renault: Fransız avtomobil nəhəngi adını qurucuları Louis Renault, Marcel Renault, Fernand Renault qardaşlarının adından alıb.

Peugeot: İlk qəhvə dəyirmanı və velosiped markası olaraq qurulan şirkət adını qurucusu Emill Peugeotdan alıb.

Toyota: Şirkət adını qurucusu Kiichiro Toyodadan alıb.

Chrysler: ABŞ-ın məşhur avtomobil nəhəngi adını qurucusu Walter Chryslerdən alıb.

Dodge: ABŞ-lı avtomobil markası adını Horace və John Dodge qardaşlardan alıb.

Buick: ABŞ-lı avtomobil markası, adını qurucusu David Dunbar Buickin adından götürüb.

Hummer: 2008-ci ildə bağlanan cip növü Hummerin adı “Yüksək hərəkət qabiliyyətli çoxməqsədli vasitə”‘ mənasını verən “Humvee” sözündən götürüb.

Land Rover: İflas edən ingilis Rover şirkətinin adı “Gəzintiçi” mənasını verir.

Smart: Alman kompakt avtomobil markası Smartın İngilis dilindən tərcümədə “ağıllı” mənasını verir.

TATA: Hindistanın ən böyük avtomobil istehsalçısı olan TATA Motors adını qurucusu Ratan Naval Tatadan alıb.

Lotus: İngiltərədə istehsal olunan avtomobili markası adını “Lotus” çiçəyindən alıb.

Proton: Malayziyalı avtomobil istehsalçısının adı “Perusahaan Avtomobil Nasional Berhad”in qısaldılmış formasıdır.

Bentley: İngilis lüks avtomobil istehsalçısı adını qurucusu Walter Owen Bentleydən alıb.

Rolls-Royce: İngilis lüks avtomobil markası adını qurucuları Steven Rolls və Henry Roycenin adından götürüb.

Chevrolet: ABŞ avtomobil markası adını Louis Chevroletin adından alıb.

/maran.az/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!