Nazpəri: "Atam başımı aldadıb, məni 15 yaşımda ..." - VİDEO

Nazpəri:
Xəbərlər
10.09.2017 15
"Üzr istədi, amma bağışlamadım"

Xalq artisti Nazpəri Dostəliyeva ARB TV-nin "Gəlin danışaq" verilişində eksklüziv açıqlamalar verib.

Sevilən müğənni bu sənəti seçməsinin ailəsində yaratdığı narazılıqlardan danışıb:

"Atam sənətkar idi. Görürdü ki, mənim iç dünyamda nə boyda sənət var. O uşaqlığımla nələr oxuyurdumsa. Atam məni çox gözəl başa düşürdü, amma qardaşlarım gənc idilər, istəmirdilər. Böyük qardaşım Ağalar çox ciddi oğlan idi. Heç vaxt icazə verməzdi ki, qız manikürə getsin, icazə verməzdi ki, salona getsin. Ancaq o biri qardaşlarım heç qarışmazdılar. Sadəcə olaraq narazılıq var idi. Mənim böyük qardaşım əsəbləşməsin, evdə söz-söhbət olmasın deyə atam düşünüb-daşınıb dedi ki, ailə qurmağın vaxtıdır. Qoy sənin də bu sənətini müdafiə edənin olsun, qardaşın artıq müdaxilə etməsin. Bir çıxış yolu kimi həm də".

Tanınmış ifaçı 15 yaşında ərə getməsi haqda isə bunları söyləyib:

"Misal üçün, bir gənc qızın 15 yaşında ərə getməyinə mən bu gün qəti "yox" deyərəm. Amma mən 15 yaşımda ailə qurdum. Bir sənətlə alışıb-yanan övlad oğlandır, qızdır, fərqi yoxdur, mən ona "hə" deyərdim, ona kömək edərdim səhnəyə çıxsın. Mənim o yaşda ailə qurmaq ağlıma belə gəlmirdi. Təsəvvür edin ki, vağzalı çalınır, mən gedirəm, atam çıxdı mənə xeyir-dua versin. Mən atama dedim ki, ata, mən haraya gedirəm? Atam başını aşağı salıb çox pis oldu. Dedi ki, bala, qonaq gedirsən, rayona gələcəksən. Mənim başımı aldatdı. Görür, uşağam, heç başa düşmürəm. Deyirəm, papa, tez qayıdım da, nə olar. Yəni bu dərəcə də saf, sadə, heç nədən xəbəri olmayan bir uşağın haraya getdiyi belə ona hələ çatmır".

Sənətçi, müğənnilik etmək istəyinin həyat yoldaşı tərəfindən də əngəlləndiyini bildirib:

"Sözsüz, həyat yoldaşım məndən çox böyük idi. Yaşını deməyəcəm. Allah rəhmət eləsin! Dünyasını dəyişib. Gözəl insan idi. Övladlarımın atasıdır. Nə isə. Mən heç vaxt dünyasını dəyişmiş insanların artıq nöqsanlarını, səhvlərini danışmıram, amma o da mənə icazə vermədi. Elçi gəldikləri vaxt anama demişdilər ki, icazə verəcəyik. Mənim üçün çox gəzlənilməz oldu. Ali təhsilli, alicənab bir insan idi. Yəqin ki, o məni başa düşərdi. O da istəmədi. O da istəməyəndə mən çox pis oldum, həyat mənim gözümdə bir anlıq söndü. Mən düşündüm ki, mənim taleyimə belə bir qara bəxt yazılıbmış. Mən onu yaşadım. Mən 8 il o həyatı yaşadım. Hətta 9 ildən artıq. Qəfəsdə çırpınan, qolu-qanadı sınan quş kimi çapalayırdım. Eyni zamanda mən 2 övladımı böyütdüm, onların dünyaya gəlməsi mənim üçün stimul oldu yaşam tərzimə".

Məşhur müğənni həyat yoldaşından xəyanətə görə ayrıldığını söyləyib:

"Onun bircə səhvinin ucbatından oldu hər şey. Mən yenə deyirəm, bütün qadınlar onu bağışlayardı, o səhv bütün kişilərdə ola bilərdi, amma mən bağışlamadım. Bilirsənmi necə, hər şey sübut olunduğu gün ki mən onu bağışlamayacam, onun ağlına belə gəlməzdi ki, mən ciddiyəm. Amma mən bir dəfə dedim sözümü. Çünki mən özüm xəyanət etməyi sevmirəm. Əgər mən xəyanət etməyi sevmirəmsə, öz intiharıma belə razı olaram, ancaq mənə edilən xəyanəti bağışlamaram. Bu bizim ayrılığımıza böyük bir səbəb oldu. Onun heç yatıb yuxusuna da gəlməzdi ki, biz ayrıla bilərik.

Xalq artisti həyat yoldaşı ilə yaşadığı son günün detallarını açıqlayıb:

"Biz 2 dost kimi əyləşdik. Mən hətta gözəl bir süfrə də açdım, gözəl bir sarı qızılgül qoydum masaya. O başa düşmədi ki, nə var, nə yox. O, sadəcə olaraq öz peşmanlığını bildirdi, üzr istədi. Mən isə ona qulaq asmırdım. Bir fikrimi dedim ki, bu bizim son gecəmiz, son içdiyimiz bir stəkan çay, son romantik yaşadığımız həyat olacaq. Ancaq yenə o inanmadı. O, bir vaxt gözünü açdı ki, artıq biz tamamilə ayrı-ayrı adamlarıq".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!