Tarkanla Murad Bozu bir-birinə düşmən edən Şok Səbəblər

Tarkanla Murad Bozu bir-birinə düşmən edən Şok Səbəblər
Xəbərlər
10.09.2017 10
Meqastar Tarkanın uzun illər vokalisti kimi çalışan Murad Bozla küsülü olduğu ortaya çıxıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki məşhur köhnə dost olmasına baxmayaraq, hazırda danışmırlar.
Murad Boz solo karyerasına başlamazdan altı il əvvəl Tarkanın vokalisti və yaxın dostu olub. Bu il may ayında Pınar Diləklə ailə quran Tarkan köhnə dostunu toyuna da dəvət etməyib.
İddialara görə, iki məşhur təxminən il yarımdır nə telefonla danışıb, nə də üz-üzə görüşüb. Məşhurların küskünlüyünün səbəbi isə Bozun ilk albomunu çıxardığı dövrdə Tarkanın verdiyi dəstəyə qarşı laqeyd davranışları olub. O da məlum olub ki, 2015-ci ildə Murad Boz və Tarkanın keçmiş sevgilisi Bilgə Öztürklə bağlı dolaşan söz-söhbət də iki müğənninin münasibətlərinə təsir edib.
Bundan başqa, Murad Bozun bu il çıxardığı “Janti” albomunun çoxları tərəfindənTarkanın mahnıları ilə müqayisə edilməsi müğənniləri bir-biri ilə üz-üzə qoyub. Soyuqluğu hiss edən Murad Boz Tarkanla bir neçə dəfə əlaqə saxlamağa çalışıb, ancaq heç bir nəticə əldə edə bilməyib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!