Manaf ŞOK! Manaf Ağayevin oxuduğu toyda güllələnmə - Toylarda dava Manaf isə ... - VİDEO

Manaf ŞOK! Manaf Ağayevin oxuduğu toyda güllələnmə - Toylarda dava Manaf isə ... - VİDEO
Xəbərlər
10.09.2017 11
"Mənim olduğum toyda qan su yerinə axıb, bıçaqlıyıblar, gülləliyiblər, toydan kənar bir-birini gülləliyiblər".

Manaf Ağayev kimi uzun illər toy davalarına şahidlik edən sənət adamları çoxdur. Xalqımızın toy kimi gözəl adətinin xoşagəlməyən tərəflərinin canlı şahididirlər. Dava, baş yardı, bıçaqlanma, hətta güllələnmə. Bunun nəticəsidir ki, bir çox şadlıq tədbirləri yasa dönür.

Müğənnilər davaların əsas səbəbinin toy sahibindən asılı olduğunu deyirlər. Onun idarəçiliyi yaxşıdırsa, demək toy da qaydasında davam edir. Amma bəzən rəqs növbəsinə görə baş verən mübahisələr toyun sahibini də kölgədə qoyur.

Ömrünün 30 ilini el şənliklərində keçirən masabəyi Xosrov Məcnunov deyir ki, toylardakı davaların əsas səbəbi içkiyə meyllilikdir. Elə ki, bir az içdilər, başlayırlar bir-biri ilə köhnə haqq-hesabı yada salmağa.

İnzibatçılar isə fərqli düşünür. Toy sahibinə çox vəd verilib, yerinə yetirilməməyin sonu da davadır.

Qeyd edək ki, bir neçə gün öncə Nizami rayonu ərazisindəki şadlıq saraylarından birində keçirilən toyun qonağı ilə inzibatçı arasında mübahisə yaranıb, daha sonra əlbəyaxa davaya çevrilib. Davaya ofisiantlar və digər qonaqlar da qoşulub. Kütləvi dava zamanı 4 nəfər xəsarət alıb.

[media=]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!