Bakıda toy karvanında bu da oldu - Gəlin maşını daldala ... - ŞOK VİDEO

Bakıda toy karvanında bu da oldu - Gəlin maşını daldala ... - ŞOK VİDEO
Xəbərlər
10.09.2017 24
Toy karvanlarında təhlükəli manevrlər edən sürücülərlə bağlı dəfələrlə süjetlər təqdim etmişik. Sosial şəbəkələrdə növbəti belə qayda pozuntusunun kadrları yayılıb. Sürücü avtomobili arxaya doğru idarə edərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.

Belə ki, bütün avtomobillər düz, ağ rəngli maşın isə eyni istiqamətdə, amma tərsinə sürülür.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan bu görüntü toy karvanında lentə alınıb. Hadisənin Təhsil Nazirliyi tərəfdən Heydər Əliyev prospektinə çıxan körpüdə baş verdiyi bildirilir.

Sürücü avtomobilini bir neçə dəqiqə arxa-arxaya sürməklə idarə edib.

Dəfələrlə deyilməsinə baxmayaraq, toy karvanında hərəkət edən avtomobillər qaydaları kobud şəkildə pozurlar.

Bu qayda pozuntusuna görə sürücüyə 3 bal və 60 manat cərimə tətbiq edilə bilər. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov qeyd edib ki, xüsusilə toy karvanında hərəkət edən sürücülər düşünməlidirlər ki, belə təhlükəli manevrlər yaxınlarının şad gününü yasa çevirə bilər.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!