Mənzilinizin nömrəsi xəbər verir - Siz kimsiniz? - Numeroloji test

Mənzilinizin nömrəsi xəbər verir - Siz kimsiniz? - Numeroloji test
Xəbərlər
10.09.2017 9
Yaşamaq istədiyiniz evi necə seçirsiniz?
Bəzən adam bilmir hansı evi seçsin , bilmir nələrə diqqət etsin, seçim qarşısında qalır. Evi seçmək çətindirsə , onda numeroloqa kömək üçün müraciət edə bilərsiniz. Hər bir yaşayış otağının öz xarakteri və xüsusiyyətləri var, bu da ailə üzvlərinə çox təsir göstərir.
Bəzi mənzillər yaradıcılıq potensialının inkişafına kömək edir, digəri ailə münasibətlərində harmoniyanı qoruyub saxlayır, üçüncü sakinləri ağıllı olmasına təsir edir. Bina xarakteri haqqında bilmək yaxşıdır.
Pis evlərə rast gəlməmək üçün numeroloq məsləhləhətini dinləyək: Numeroloqlar belə hesab edilər ki, hər evin kodu var, bu bina xarakterinə təsir edir və deməli, sakinlərinin həyatına da təsir etmiş olur. Mənzilin kodunu bilmək üçün yaşadığınız ünvandakı bütün rəqəmlərin cəmini toplayın. Məsələn: 4-cü mkr. M.C. Paşayev blok 36. mənzil 4 onda 4+3+6+4=17=1+7=8... numeroloq kodlaşmasına görə bu adres 8-dir. Mikrarayonda deyilsinizsə, eləcə küçənin adından hesablayacaqsınız. Gəlin rəqəmlərin mənalarına diqqət edək:
Bir rəqəmi - Rəhbər və liderlər üçün çox gözəl evdir. Bir qidalandırır və fərdi inkşaf etdirir. Numeroloji koda görə bu evdə tək yaşamamalıdırlar. Yoxsa təklik bu insanı uzun müddətli dostuna çevrilə bilər.
İki rəqəmi – Bu dostlar, sevgililər üçün uyğun evdir. İkili münasibətlərdə harmoniya bəxş edir, hər şeyi səbrlə və anlayışla qarşılamalarını öyrədir. Belə mənzildə adam sakitlik rahatlıq tapar, amma həddən artıq emosional kirayənişini çətin ki, bu mənzil qoruya bilə.
Üç rəqəmi - Bu mənzil yaşayanlara öz müsbət enerjisi ilə qidalandırır. Evə gələn adama sakinlərin müsbət və şən ab-havası hiss etdirir. Evin sahibləri tez-tez qonaqlıqlar və şənliklər keçirməyi sevirlər. Bu evin sakini qeyri-ciddi adam olarsa, bütün maliyəsini israf etmiş olacaq.
Dörd rəqəmi – Hər şeydə sabitlikdir. Kodun əsas xarakteristikası sabitlikdir və bu da sakinlərin canına hopur. Sakinlər plan qurur və onunla da hərəkət edirlər. Belə bir evdə ənənələr pozulmaz, istənilən yeniliklərə isə yoxlanılmadan həyata keçirilməz. Sabitlik sakinlərə təhlükəsizlik vəd edir və hər bir sakin bu mənzil haqqında "mənim evim, mənim qalamdır " deyə bilər. Bu mənzildə yaşayan ailəyə ya insanlara ümumi danışığa gəlməkdə kömək edəcək. Bu mənzildə yalnız karyerasını düşünən adam yaşayarsa, onun şəxsi həyatına son demək olar.
Beş rəqəmi – Bu kod yaradıcı insanlara kerativlik və güc verir. Rəssamlar, musiqiçilər, şairlər və digər yaradıcı peşə sahibləri bu evdə özlərini çox rahat hiss edirlər. Bu mənzil istirahət üçün deyil, iş və yaradıcılıq üçündür. Başqa maraqda olan insanlara bu ev çətin olacaq.
Altı rəqəmi – Bu mənzil əsil ailə yuvasıdır. Sevgiyə, dostluğa, ümumi anlaşmaya dəyər verən uşaqlı ailələrə ən gözəl koddur. Bu ev ailə münasibətlərinə harmoniyanı verəcək, hissləri canlandıracaq. Amma ailə və sosial həyatdakı digər aspektlər arasında balansı qorumaq vacibdir, evə qapanmaq lazım deyil. Məsələn, dostlarla görüşmək, maraqlı insanlarla tanış olumaq lazımdır.
Yeddi rəqəmi - Bu kod mənəvi inkişaf axtaran insanlar üçündür. Təkmilləşdirilmə, düşüncə və müxtəlif təcrübələr üçün bu ünvan uğurlu sayılır. Mənzil, daha çox tələbələr üçün uygundur, yeni bilikləri təmin edəcək. Lakin, sakinlərə korporativ nərdivan dırmaşmaq və maddi vəziyyət asan olmayacaq.
Səkkiz rəqəmi - Bu mənzil, sakinlərinə müxtəlif sahələrdə uğurlar gətirir, onların hərtərəfli inkişafına kömək edir. Amma bu mənzil daim öz üzərində işləyən, çalışqan adamlara daha çox uğur gətirəcək. Bu insanlar qurduqları biznesdə, cəmiyyətdə vart-dövlət əldə edəcəklər. Əgər bu evin sakinlər intizamsız, qeyri-ciddi, insanlardırsa onlar daim uğursuzluqlarla üzləşəcək.
Doqquz - Bu evin sakinləri dərin hikmət sirlərini açmaq və yaxınlarına fədakarlıq edəcəklər. Bir sözlə, öz istəklərini unudacaqlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!