Tanınmış xanım sənətçi intihar etdi - "Heç kim ağlamasın...” - FOTOLAR

Tanınmış xanım sənətçi intihar etdi -
Xəbərlər
10.09.2017 12
ABŞ-ın Kaliforniya ştatında yaşayan tanınmış sənətçi Betsi Davis, intihar etmədən əvvəl parti təşkil edib.
ATV.az-ın məlumatına görə, yan amiotrofik skleroz xəstəliyindən əziyyət çəkən 41 yaşlı xanım, ağrılara dözə bilmədiyi üçün həkimlərin nəzarəti altında intihar etmək qərarına gəlib. Bildirilir ki, həyatına son vermədən əvvəl ən yaxın rəfiqələrinə məktub göndərən sənətçi, onları son dəfə görmək istədiyini dilə gətirib:
“Vida partisi təşkil edəcəm. Sizləri son dəfə görmək istəyirəm. Sadəcə bir şərtim var. Partidə heç kim ağlamasın”.
Xanımın dəvətindən sonra yaxın rəfiqələri onun ətrafına yığışıb. İki gün davam edən parti sənətçinin istədiyi kimi xoş əhval-ruhiyyədə keçib. Partidən bir neçə saat sonra isə həkimlərin nəzarəti altında xüsusi dərmanları qəbul edən sənətçi, gözlərini əbədi yumub.
Qeyd edək ki, 2013-cü ildən yan amiotrofik skleroz xəstəliyindən əziyyət çəkən Davis, Kaliforniyada həyatına bu yolla son verən ilk şəxs olub.

Tanınmış xanım sənətçi intihar etdi - "Heç kim ağlamasın...” - FOTOLAR


Tanınmış xanım sənətçi intihar etdi - "Heç kim ağlamasın...” - FOTOLAR
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!