Telefonumuz niyə tutulur? Donur? Əgər bunları etsəz telefonunuz daha donmayacaq

Telefonumuz niyə tutulur? Donur? Əgər bunları etsəz telefonunuz daha donmayacaq
Xəbərlər
10.09.2017 16
Telefon tutulması hər birimizin texnologiya sahəsində ortaq problemlərimizdən biridir. Bu yazıda telefonun tutulma səbəbləri və onun həll yollarına toxunulmuşdur.

- Telefonun başlıca tutulma səbəblərindən biri - onun yaddaşının tam dolu olmasıdır. Telefon yaddaşı dolu olduqda bu, telefonun rahat işləməsini ləngidir. Bu məsələnin həlli üçün boşalda bildiyiniz qədər telefonun yaddaşı boş olmalıdır. Bunun üçün 8 GB boş yerin olması daha yaxşıdır. Əgər yaddaş təmizlənmirsə, USB vasitəsilə kompüterə taxaraq təmizləyin.

ANN.Az deyerler.org-a istinadən bildirir ki, telefonun mağazasından yükləmələr zamanı daha çox rəsmi proqramlara üstünlük vermək lazımdır. Yüklədiyiniz proqramdan sonra telefonun tutulma halları baş verirsə, həmin proqramı telefondan təmizləyin.
- Əməli yaddaşı (RAM) daim təmizləmək. Bəzən əməli yaddaşı təmizləmək unudulduğundan, bu, telefonun tutulmağına səbəb olur.
- Telefonun enerji səviyyəsinin 50%-dən yuxarı olmasına diqqət edin. Enerji səviyyəsi çox aşığıdırsa, telefonunuzu ən azı 30 dəqiqə enerjiyə taxın.
- Telefona versiya yenilənməsi gəlmişdirsə, telefonu yeniləyin. Yeni versiyada tutulma problemlərinin çoxu aradan qalxır.
- İri həcmli proqramların bir neçəsini eyni anda işlətmək və ya onları açıq saxlamaq telefonun tutulmasına səbəb olur.
- Telefonunuza digər modellərin enerji vasitəsinə taxmayın. Çünki, bu halda telefon rahat işləmir və tutulur.
- Telefonda olan proqramlardan düzgün istifadə etmək lazımdır. Məsələn: işlətdiyimiz proqram cəmi 7 şəkil göndərməyə icazə verirsə, biz bundan artıq göndəririksə, telefon bu halda tutulacaq.
- Suya davamı olmayan telefonların üzərinə su töküldükdə, bəzən özmüz belə bilmədən telefonun tutulmasına səbəb olur. Ümumiyətlə telefonunuzu su və nəmişlik olan yerdə saxlamaqdan çəkinmək lazımdır.
- Telefonu digər modellərin proqramı ilə işlətməyin. Məsələn: digər modelə aid olan tema və ya klaviatura ilə işlədilməsi tutulmaya yol aça bilər.
- Hər hansı bir yerdə rastlaşdığımız reklamları açmaq telefon üçün böyük təhlükədir. Belə ki, həmin reklamların içində ciddi viruslar ola bilər və bu da telefonun rahat işləməsinə maneçilik yaradar.
- İnternetdə olan zaman tutulmalar yaranırsa, mobil datanı və ya wi-fi söndürüb, bir neçə dəqiqə sonra yandırmaq.
Yuxarda sadaladığımız səbəblərdən əlavə, bəzən bizdən asılı olmadan və səbəbini bilmədiyimiz ciddi tutulmalar olduqda, aşağıdakıları etmək tövsiyə olunur:
- Telefonun aşağı səs səviyyəsi düyməsini və kilid düyməsini eyni zamanda basılı saxlayın.
- Telefonunuzu söndürüb, yenidən yandırın.
- O telefonlar ki, batereyası çıxarıla bilir, çıxartmaq və yenidən taxmaq.
- Telefonu söndürüb, bir neçə dəqiqə gözlədikdən sonra enerjiyə taxmaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!