6 aylıq uşağı xəstəxanaya ATDILAR VƏ GÖRÜN NƏ OLDU - Bakıda

6 aylıq uşağı xəstəxanaya ATDILAR VƏ GÖRÜN NƏ OLDU - Bakıda
Xəbərlər
10.09.2017 4
Ötən gündən etibarən sosial şəbəkədə 6 aylıq qız uşağının anası tərəfindən xəstəxanaya atılması geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, azyaşlının şəklini paylaşanlar onun hazırda Qarayev adına 2 nömrəli xəstəxanada olduğunu bildirirlər. Qeyd olunur ki, körpə xəstəxanada doğulsa da, heç kim gəlib onu götürməyib.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasının qəbul şöbəsi ilə əlaqə saxlayıb.

Qəbul şöbəsi hazırda xəstəxanada belə bir uşağın olduğunu təsdiqləyib. Bildirilib ki, körpəyə dövlət tərəfindən hər cür qayğı göstərilir, vaxtında dava-dərmanı verilir.

Sözügedən xəstəxananın baş həkiminin müavini Eldar Rəhimov isə məsələni təkzib edib. O, hazırda klinikada valideynləri tərəfindən atılan heç bir uşağın olmadığını vurğulayıb.

Maraqlıdır ki, uşaq 6 aylıqdır və necə ola bilər ki, doğum evi kimi fəaliyyət göstərməyən xəstəxanada doğulub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova da məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, belə bir uşaq xəstəxanada yoxdur: “Xəstəxanada 6 aylıq valideynsiz uşaq olmur. Bu yaşda körpələr uşaq evlərinə verilir. Ona görə də 6 aylıq uşağın klinikada qalması mümkün deyil”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!