Metroda əxlaqsızlıq - VİDEO

Metroda əxlaqsızlıq - VİDEO
Xəbərlər
10.09.2017 0
"Onun əlinin bədənimə dəydiyini indi də hiss edəndə iyrənirəm, hirslənirəm".

16 yaşlı Yuan Min bir neçə gün əvvəl metroda məruz qaldığı tərbiyəsizliyi xatırlayanda belə deyir.

Yuan Min Çinin Quandun vilayətindəki Quançjou şəhərinin sakinidir. O, səhər saatlarında kollecə gedərkən həmişəki kimi, metroya minib.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Min vaqonda oturub. Az sonra onun yanına gənc oğlan əyləşib.

Əynində şort olan Min bir qədər keçəndən sonra yanındakı gəncin əli ilə onun baldırlarına toxunduğunu hiss edib.

Yuan kənara çəkilib, amma oğlan əl çəkməyib.

Səbr kasası daşan Min ayağa durub və əlindəki çanta ilə həmin əxlaqsız gənci vurmağa başlayıb.

Vaqondakı sərnişinlər nə baş verdiyindən hali olanda tərbiyəsizi döyüblər.

Növbəti stansiyada əxlaqsız gənc polisə təhvil verilib.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!