Lənkəranskini sifariş verən oğrunun işi itdi – ŞOK Müəmma

Lənkəranskini sifariş verən oğrunun işi itdi – ŞOK Müəmma
Xəbərlər
10.09.2017 5
Rusiya mafiyasının həbsdə olan lideri, qanuni oğru Zaxariya Kalaşovun (Şakro Molodoy) istintaq materialları Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən itib.


Reportyor.tv xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentlik itən materialların içərisində Kalaşovun cinayət şəbəkəsini necə yaratması ilə bağlı dəlillər olduğunu bildirib.


Qeyd edək ki, Kalaşov “Elements” restoranının sahibindən külli miqdarda pul tələb edilməsi ilə bağlı açılan cinayət işi çərçivəsində iyulun 13-də tutulub.


Zaxariya Kalaşov Tiflisdə anadan olub. O, əslən yezidi kürdüdür. Kalaşov 2005-ci ildə İspaniya polisinin rus mafiyasına qarşı keçirdiyi xüsusi əməliyyatdan canını qurtara bilib. Lakin 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək, İspaniyaya ekstradisiya edilib. Həbsdən azad edildikdən sonra yenidən Rusiyaya qayıdıb.


O, 2013-cü ildə Aslan Usoyanın (Ded Xasan) öldürülməsindən sonra rus mafiyasının əsas lideri hesab edilir. İddialara görə, Ded Xasanın əsas əleyhdarlarından olan Rövşən Lənkəranski haqqında ölüm qərarı çıxaranın da Kalaşov olduğu iddia edilir.


Kalaşov Rusiya kəşfiyyatı ilə də çalışıb. İspaniya prokuroru Xose Qrindanın iddiasına görə, məhz Rusiya hərbi kəşfiyyatının istəyi ilə Kalaşov Türkiyədəki vəziyyətin destabilizasiyası üçün bu ölkədəki kürdlərə illeqal silah verib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!