Bu da Elza Seyidcahanın nəvəsi - Uşağa elə bir ad qoydular ki ...

Bu da Elza Seyidcahanın nəvəsi - Uşağa elə bir ad qoydular ki ...
Xəbərlər
10.09.2017 16
Dünən nənə olan əməkdar artist Elza Seyidcahan BiG.AZ-a danışıb.

E.Seyidcahan hazırda qızının və nəvəsinin vəziyyətinin çox yaxşı olduğunu və nənə olduğu üçün xoş hisslər keçirdiyini dilə gətirib:

"Nəvəmin adı Səmərruğdur. Nənəmin adını qoymuşuq, elə nənəmə də bənzəyir. Mən özüm də nənəmə bənzəyirəm. Xasiyyətim də oxşayır, simam da. Qurban olum Allaha, nənəmin adını mənə nəsib etdi. Simurq quşudur mənim nəvəm. Səmalarda mələkdir. Hərdən ürəyimə gəlir ki, uşağımıza nəzər deyəcək. Amma Allah veribsə, Allah da qoruyacaq onu. Xalqım onu görmək istəyir. Xalqım məni çox sevir bilirəm, ona görə də mən və nəvəm xalqımın nəzərinə gəlmirəm. Allah övladı olmayanlara nəsib etsin. Allah Ələkbər balama qismət etsin. Allah ona 4 əkiz övlad versin. Nəvəmə şeir də qoşacam, mahnı da bəstələyəcəyəm. Necə ki, öz övladlarıma etmişəm, nəvəmə də elə".

E.Seyidcahan bildirib ki, qızı iki gündür xəstəxanadadır, amma işlərin çoxluğundan onun yanına gedə bilmir:

"Gəlinim də çox sevir uşaqları, iki gündür qızımla xəstəxanadadır ... Mənim çəkilişlərdən vaxtım yoxdur. "Azərbaycanın səsi" layihəsinin final həftəsini yaşayırıq. Gülşəni əməliyyat edən İslam həkimə, sözügedən cərrahiyyə binasının baş həkimi Asiman həkimə öz minnətdarlığımı bildirirəm. Bütün tibb bacılarına təşəkkürümü bildirirəm. Xoşbəxt xalqıq ki, bizim belə gözəl, əvəzedilməz həkimlərimiz var. Leyla xanım, Rauf, Xəlil həkim kimi gözəl həkimlərimizə dərin minnətdarlığımı bildirirəm. Xəstələrimiz xarici ölkələrə qaçır. Ehtiyac yoxdur, Azərbaycanda elə tibb ocaqları, elə həkimlər var ki, xəstələrə can yandırırlar. İki gündür mən xəstəxanaya getmədim, çünki ehtiyac yoxdur. Yeməklərə qədər hər şey yüksək səviyyədədir. Əgər bir dövlətin gözəl həkimləri varsa, onun gələcəyi çox əmin əllərdədir. Sağlam körpələr dünyaya gəlir. Allah Prezidentimizə can sağlığı versin ki, belə gözəl tibb ocaqları, tibbi məkanlar ərsəyə gətirilir. Millət vəkilimiz Mehriban Əliyevanı Allah var eləsin. Fəxr edirik ki, onun kimi müdrik, saleh, gənc, xeyirxah mehriban anamız - mələyimiz var. Adı kimi özü də, işi də, əməli də mehribandır. Biz də onların yolunda hər zaman onları dəstəkləyirik".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!