Müəllimə anatomiya dərsini bədənində izah etdi VİDEO

Müəllimə anatomiya dərsini bədənində izah etdi VİDEO
Xəbərlər
10.09.2017 7
Dünya nə belə müəllimə, nə də belə anatomiya dərsi gördü. Hollandiyanın Riynvud şəhərindəki məktəblərdən birində şagirdlər Debbi Heerkens adlı müəllimənin hərəkətlərindən şoka düşüb. Müəllimənin qəribə dərs başa salma metodu ölkədə geniş müzakirə obyektinə çevrilib.

Qroen Hart məktəbinə normal geyimdə gələn biologiya müəlliməsi şagirdlərə insan fizionomiyasını özünə məxsus şəkildə izah edir. Lövhənin önündə əynindəki paltarı soyunan müəllimə üzərinə daxili orqanların şəkilləri təsvir olunmuş atlet geyimində dərsi davam etdirir. Şagirdlərin nə qədər təəccübləndiyini onların simasından da hiss etmək mümkündür.

Müəllimənin əynindəki atlet geyimlərinin üzərində orqanların yerləri və forması dəqiq təsvir olunduğundan, Debbi Heerkens keçməli olduğu dərsi asanlıqla başa sala bilir. Üstəgəl, o bu metodikanı tətbiq edəndən sonra, uşaqların həmin dərsləri daha yaxşı qavradığı və yüksək qiymət aldığı məlum olub.

Amma müəllimənin mübahisəli metodikası heç də hamı tərəfindən eyni cür qarşılanmayıb. Bəziləri bunun işə yarayacağına inansa da, müəllimənin şagirdlərin qarşısında uyğunsuz davranış sərgilədiyini düşünənlər də az deyil.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!