Fantastika reallığa çevrilir - avtomobillər göydə uçacaq + VİDEO

Fantastika reallığa çevrilir - avtomobillər göydə uçacaq + VİDEO
Xəbərlər
10.09.2017 3
Fantastik filmlərdə nümayiş etdirilən uçan avtomobillər tezliklə reallığa çevriləcək.

Axşam.az ICTnews-a istinadən xəbər verir ki, “AeroMobil 3.0” adlı uçan avtomobil 2017-ci ildə Slovakiyada satışa çıxarılacaq.

Avtomobilinin təqdimat videosu hələ 2014-cü ildə “YouTube” video hostinqində yerləşdirilib. İndi bu çarxa baxış sayı 10 milyona bərabərdir.

“Aeromobil” səmada saatda 200 km-dək sürət yığa biləcək. Avtomobil uçmaq üçün qanadlarını açmalı və ən azı 300 metr uçuş zolağı məsafəsində boş məkana malik olmalıdır. Gələcəyin avtomobili havada 1 saat uçmaqdan ötrü 15 litr yanacaq işlədəcək.

Avtomobilin qiyməti 200 min avro olacaq. Bundan başqa, belə avtomobili idarə etmək üçün yalnız sürücülük vəsiqəsi deyil, həm də pilot lisenziyası tələb olunacaq.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!