Ana oğlu ilə birgə özünü 9-cu mərtəbədən atdı, çünki - ŞOK OLAY

Ana oğlu ilə birgə özünü 9-cu mərtəbədən atdı, çünki - ŞOK OLAY
Xəbərlər
10.09.2017 41
Rusiyanın Omsk şəhərində faciəli hadisə baş verib.

33 yaşlı yerli sakin Anna P. özünü 9-cu mərtəbədən atıb. Ən dəhşətlisi isə qadının özünü atarkən oğlunu da özü ilə götürməsidir. Belə ki, Anna P. həmin vaxt yuxuda olan 9 yaşlı oğlu Qlebi də qucağına götürüb. Daha sonra isə pəncərəyə yaxınlaşaraq özünü aşağı atıb. Nəticədə ana və oğlu ölüblər.

İntihar etməzdən öncə qadın məktub yazıb. Burada o, intihar səbəbini şəxsi problemləri ilə əsaslandırıb. Polisdən verilən məlumata görə, qadın əri ilə boşanma ərəfəsində olub. Bundan əlavə, məhkəmə psixoloji xəstəliklərinə görə onu analıq hüquqlarından məhrum edib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!