Cünub (QÜSLSUZ) yatmaq görün nəyə səbəb olur

Cünub (QÜSLSUZ) yatmaq görün nəyə səbəb olur
Xəbərlər
10.09.2017 2
Qüsl, Allahu Təalanın müsəlmanlar üçün əmr etdiyi ən əhəmiyyətli maddi-mənəvi təmizlik formasıdır. Cənabi-Haqq,
Sfera.az bildirir ki, "... Qüslsüzsunuzsa dərhal (tamamilə) yuyunub təmizlənin! ..." (Maidə, 6) buyurmaqdadır.
Bu yuyunmanın şəklini də Hz. Peyğəmbər (s.ə.s.) öz tətbiqiylə bizə öyrətmişdir. Qüslün daha çox mənəvi bir təmizləmə vasitəsi olduğu unudulmamalıdır. Çünki bədənimizin hər hansı bir yerində görünür bir pislik və ya kir-pas olmasa belə qüslsüz olan kimsənin ibadətlərini yerinə gətirə bilməsi üçün mütləq qüsl alması lazımdır.
Ayrıca lazımlı şərtləri əvəz gətirilməyən yuyunma, nə qədər etinalı edilirsə edilsin qüslu əvəz etmir və bununla cünubluqdan xilas olmaq mümkün olmaz. Qüslsüz olan kimsə ilk fürsətdə qüsl almağa çalışmalıdır. Bu vəziyyətdə ancaq, içində olduğu namaz vaxtının çıxmasına qədər icazə vardır; daha çox gecikdirməsi günah qazanmasına səbəb olur.

Qüsl almadan namaz vaxtına qədər gecikdirmək uyğun deyil
Gudayf b. Haris (ra) belə demişdir: "Aişəyə (ra): Nə deyirsən? Rəsulullah (s.ə.s.) cənabətdən ötrü, gecənin əvvəlində, yoxsa sonundamı yuyunardı? Dedim.
Bəzən başında bəzən də sonunda qüsl edərdi, dedi.
Allahu Əkbər ... Eni (asanlıq) verən Allaha həmd olsun, dedim. (Nəsai, tahâret 140, 141, gusl b; Əhməd b. Hanbel.Vl, 47)
Hədisi-i şərifdən, cünub olan adamın, cünub olar olmaz dərhal yuyunmasının vacib olmadığı, gecənin sonuna qədər qüslü təxir və tərk etməsinin caiz olduğu aydın olmaqdadır. Ancaq qüsla tələsmək daha üstündür. Rəsulullah (s.ə.s.) ümmətinə bir asanlıq və cevazına işarə etmək üzrə qüslü bəzən gecənin sonuna qədər te'hir etmişdir.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!