Bu fotodakı qıza diqqətlə baxın!

Bu fotodakı qıza diqqətlə baxın!
Xəbərlər
10.09.2017 27
Tərtər rayonunda anadan olmuş, 1987-ci il təvəllüdlü Gəncə şəhərində kirayənişin kimi yaşamış Şəlalə Səmədova bu il sentyabrın 15-də yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, itkin düşmüş bu şəxsin xarakterik əlamətləri aşağıdakılardır:

Boyu 1 metr 65 santimetr, orta köklükdə, saçları və gözlərinin rəngi qaradır;

Evdən gedərkən əynində göy rəngli cins şalvar və zərli kofta, ayağında isə idman ayaqqabısı olub.

Şəlalə Səmədovanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-07-73, (022) 266-33-75 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50, (055) 331-24-24 nömrəli mobil telefonlara zəng edərək Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!