Ölüm yatağında olan xəstəylə elə bir şey etdilər ki... - Bunlar həkimdirmi? - ŞOK FOTOLAR

Ölüm yatağında olan xəstəylə elə bir şey etdilər ki... - Bunlar həkimdirmi? - ŞOK FOTOLAR
Xəbərlər
10.09.2017 18
Çinin şimal-qərbindəki Şensi vilayətindəki Fençen şəhər xəstəxanasının (Fengcheng Hospital) rəhbərliyi və əməkdaşları ciddi cəzalanıblar. Onlar huşsuz vəziyyətdə cərrahiyyə masasında olan pasiyentlə selfi çəkdiriblər.

Xəstəxananın baş həkimi və onun iki müavini işdən qovulublar. Az sonra əməliyyat edəcəkləri xəstə ilə şəkil çəkdirən cərrahlar isə böyük məbləğdə cərimə ödəməlidirlər.

Milli.Az CNN-ə istinadən bildirir ki, insident avqust ayında yaşansa da, Çinin Səhiyyə Nazirliyi olaydan indi xəbər tutub.
"Baş vermiş biabırçı olaya görə üzr istəyirik. Əməkdaşlarımız əməllərinin mümkün neqativ sonuclarını nəzərə almayıblar. Bununla belə, bildiririk ki, foto xatirə məqsədilə çəkilmişdi. Cərrahiyyə bölməsinin bağlanaraq profilinin dəyişməsindən bir gün əvvəl cərrahlar bunu ediblər", - hospitalın yaydığı açıqlamada deyilir.

Fotolar Çindəki sosial şəbəkələrdə qəzəblə qarşılanıb. Yüz minlərlə çinli fotoları "#surgery selfies" heşteqi ilə paylaşıblar.

Ölüm yatağında olan xəstəylə elə bir şey etdilər ki... - Bunlar həkimdirmi? - ŞOK FOTOLAR
Ölüm yatağında olan xəstəylə elə bir şey etdilər ki... - Bunlar həkimdirmi? - ŞOK FOTOLARскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!