Övladları ilə bağlı şok "təsadüf"ü öyrənən ata özünü öldürdü - VİDEO - FOTO

Övladları ilə bağlı şok
Xəbərlər
10.09.2017 18
Türkiyədə intihar hadisəsi qeydə alınıb.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, 2 oğul atası olan 71 yaşlı kişi özünü 3-cü mərtəbədən yerə atıb.

İntihar hadisəsi Kepez mahalı Yeşilyurt küçəsindəki evdə qeydə alınıb. Mebel ustası 45 yaşlı Salih Hüseyinoğlu atası Mahmut Hüseyinoğlu ilə Akdeniz Sanayi Sitesindəki iş yerlərinə gediblər. Günorta saatlarında Mahmutun oğlu infarkt keçirib. Hadisə yerinə gələn həkimlər müdaxilə etsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

3 il əvvəl də böyük oğlunu həmin yerdə infarktdan itirən ata Mahmut Hüseyinoğlu qonşusundan onu evə aparmasını istəyib. Kişi evə gələn kimi çardağa çıxaraq özünü 3 mərtəbəli evin damından yerə atıb. O, dünyasını dəyişib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!