Məleykə Əsədova canlı yayımda keçmişi ilə bağlı elə bir etiraf edib ağladı ki.. - VİDEO

Məleykə Əsədova canlı yayımda keçmişi ilə bağlı elə bir etiraf edib ağladı ki..  - VİDEO
Xəbərlər
10.09.2017 52
Xalq artisti Məleykə Əsədova keçmişini yada salıb, kövrəlib. BiG.AZ xəbər verir ki, göz yaşlarına hakim ola bilməyən aktrisa "10-dan sonra" verilişində atasının itkisinin ona həyatda necə zərbə vurduğunu anladıb:

"Uşaqlıq illərim çox şad keçib. Ancaq atam öləndən sonra həyatın ilk zərbəsini aldım. O sağ olanda biz yoxdu nədir bilməmişik. 17 yaşım tamam olmamışdı atamı itirdim. Qohumlarımız üstümüzə gəldi ki, sənəti at. Atmadım, qərara gəldim ki, toylara gedim. Kirayədə qalırdım. Heç nə də bilmirdim. Özümə söz verdim ki, ayaq üstə duracağam. Qardaşım, dayağım yox idi. Anam rayondan mənə yemək yollayırdı, bir dəfə gördüm ki, yemək yollayıb, pul yollaya bilməyib. Yazıb ki, gələn həftə maaşı alıb yollayacağam. O an özümə söz verdim ki, həyatda çox güclü olacağam, özüm ayaq üstə durmağı bacaracağam".


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!