Yağıntılı, soyuq hava oktyabrın 25-dək davam edəcək - XƏBƏRDARLIQ

Yağıntılı, soyuq hava oktyabrın 25-dək davam edəcək - XƏBƏRDARLIQ
Xəbərlər
10.09.2017 6
Sabah Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, oktyabrın 20-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9, gündüz 10-13 dərəcə isti, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
ETSN xəbərdarlıq edir ki, oktyabrın 21-dən 25-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!