İradə İsaqdan həyat yoldaşına ŞOK təklif: “İkinci arvadı da alsın”

İradə İsaqdan həyat yoldaşına ŞOK təklif: “İkinci arvadı da alsın”
Xəbərlər
10.09.2017 6
Teleaparıcı İradə İsaq evlilik həyatıyla bağlı təəssüratlarını paylaşıb.

Qaynarinfo.Az ölkə.az-a istinadən xəbər verir ki, o, kişinin dörd həyat yoldaşının olmalı olduğunu bildirib:

“Evlilik həyatının ilk yarım ayından sonra gəldiyim qənaət: Qurban olum Məhəmmədin şəriətinə, doğrudan da kişinin dörd arvadı olmalıdır (çox olsa da olar). Mütləq və hökmən! Kişinin bütün kaprizlərinə dözmək bir qadının işi deyilmiş. Mən bu cür qadınlara məəttələm. Qəhrəmansınız, vallah!”

O, həyat yoldaşına ikinci arvad almağı da təklif edib:

“Təklif edirəm ki, ikincisini də alsın. Əmək bölgüsü olar, birimiz corab yuyanda, birimiz yemək bişirərik. Sonra üçüncünü də alar, ona həyət süpürmək işini verərik. Vallah, bizim evdə iş elə çoxdur ki, inanmıram, o biri arvadlarla dalaşmağa vaxtımız olsun”.

Qeyd edək ki, İ.İsaq sentyabrın 1-də jurnalist Yaşar İsakovla ailə qurub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!