Canlı yayımda bu da oldu - DÜNYANI ŞOKA SALAN VİDEO

Canlı yayımda bu da oldu - DÜNYANI ŞOKA SALAN VİDEO
Xəbərlər
10.09.2017 2
Britaniyanın İTV telekanalındakı populyar "Jeremy Kyle Show" proqramının aparıcısı Ceremi Kayl studiyada, şou canlı yayımda olarkən döyülüb.

Milli.Az The Sun-a istinadən bildirir ki, iki bacı arasındakı münasibətlərdən bəhs edən 51 yaşlı Kaylı elə həmin bacılardan biri yumruqlayıb.

Studiyaya dəvət olunmuş 29 yaşlı Emma bacısı Kellidən danışırdı. Emmanın dediyinə görə, bacısı impulsiv, emosional, çılğın insandır.

Ceremi Kayl da zarafatla deyib: "Əgər sübut etsəm ki, siz bacı deyilsiniz - çünki sən səbrli, bacın aqressivdir - sən sübut edə bilərsən ki, bacın narkotik maddələr qəbul etmir?!"

Bunu kulisdə olan Kelli eşidib və qaçaraq səhnəyə çıxıb. O, bir yumruq zərbəsi ilə Ceremi Kaylı yıxıb.

Şoka düşmüş teleaparıcı ayağa durandan sonra zarafat edərək çaşqınlığını və pərtliyini gizlətməyə çalışıb.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!