Azərbaycanda belə RÜSVAYÇILIQ OLMAMIŞDI: Bu kişi 4 kəbinli arvadını bir evdə saxlayır və... ŞOK OLAY

Azərbaycanda belə RÜSVAYÇILIQ OLMAMIŞDI: Bu kişi 4 kəbinli arvadını bir evdə saxlayır və... ŞOK OLAY
Xəbərlər
10.09.2017 16
BiG.AZ qadınsaytı.az-ın "Sığınacağa sığınanlar" layihəsi üzrə yazısını təqdim edir:

Sevda ailə quranda 17 yaşı var idi. Gözəl ailə həyatı Sevda anasını itirənə qədər davam edir. Hər şey bundan sonra başlayır.

Sevda bir övladı ilə "Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi"nin sığınacağına sığınıb. Bura qohumları tərəfindən göndərilib.

Ürəkağrıdan da olsa Sevda öz həyat hekayəsini, yaşadıqlarını bizimlə bölüşür.

"Məktəbi yenicə bitirmişdim. Günlərin bir günü evimizin yanında olan dini mağazaya nəsə almaq üçün girdim. Elə həyat yoldaşım Vüqarla da orada tanış oldum. Elçiliyə mömin bacı və qardaşları dediyi tanışlarını göndərdi. Elçilik, nişan, toy elə 3 günün içində oldu. Evliliyimiz sakit, mehriban davam edirdi. Hər şey 2008-ci ildə anamı itirdikdən sonra başladı.Tez- tez davalarımız olurdu. Bir gün eşitdim ki, Vüqar 2 uşaqlı bir qadınla kəbin kəsdirib. Buna dözməyib evi tərk etdim. Bir müddət bacımın evində qalmalı oldum. Az keçmədi ki, həyat yoldaşım bacımgilə gəlib, bütün olanları inkar etdi. Bir qədər mübahisə etsək də sonra ona inanıb evə geri döndüm.

Sevda söhbətə davam edərək bildirdi ki, bir müddət sonra yoldaşım 2011-ci ildə başqa bir qadınla kəbin kəsdirib, evimizə gətirərək ikimizində bu evdə yaşayacağımızı dedi.

Bununla razılaşmadım. Vüqar o qadına başqa bir yerdə ev tutub onu kənarda saxlamağa davam etdi ...

Ailədəki münaqişələrin bununla bitmədiyini deyən Sevda bildirdi ki, həyat yoldaşı 3-cü qadınla kəbin kəsdirərək onu da evə gətirdi: " Artıq çıxılmaz vəziyyətdə qalmışdır. Lakin bununla kifayətlənməyən Vüqar kənarda saxladığınıda bizimlə birgə yaşaması üçün bizim evə gətirdi və məcbur elədi ki, hamımız eyni evdə yaşayaq". 3 uşaq anası olan Sevda övladları ilə 4 qadınla eyni evdə yaşamağa məcbur olur.

Beləcə əzablı günlərin davam etdiyini deyən Sevda artıq dözülməz vəziyyətdən çıxış yolunu 3-cü arvadın evi tərk etməsində görür və bunu Vüqara deyir. Əvəzində isə vəhşicəsinə döyülür: " Məni ölümlə hədələməyə başladı. Kiçik övladımıda götürüb evdən qaçdım. Bir müddət qohumlarımgildə qalsam da, Vüqar onları da ölümlə hədələməyə başladı. Bundan qorxuya düşən qohumlarım məndən imtina etməyə məcbur qaldılar və məni sığınacağa gətirdilər".

Qeyd edək ki, Sevda hal- hazırda "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına sığınıb.

(təhlükəsizlik baxımından adlar dəyişdirilib)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!