Bakıda maşın itələyən polislərin videosunu yayan gəncin başına görün nə iş gəldi - VİDEO

Bakıda maşın itələyən polislərin videosunu yayan gəncin başına görün nə iş gəldi - VİDEO
Xəbərlər
10.09.2017 22
Polis yolda qalan sürücüyə kömək edir, Seymur Mahmudbəyli isə onları ələ salırdı.

Bakının Nərimanov rayonu ərazisində yolda qalan avtomobili itələyən polislərin videosunu çəkərək sosial şəbəkələrdə yayan gənc həbs olunub.

BiG.AZ xəbər verir ki, avtosfer.a-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu video oktyaörın 27-də Heydər Əliyev prospektində çəkilib. Videonu çəkən gənc polislərin texniki nasazlıq yaranmış «Mercedes» markalı itələməsini gülüşlə qarşılayıb və onların bu hərəkətini ələ salmağa çalışıb. Bu video yayılandan iki gün sonra saxlanılan gənc xuliqanlıq əməlinə görə məhkəmə qarşısına çıxarılıb və 15 gün həbs cəzası alıb.

Həmin şəxs 1993-cü ildə Bakıda anadan olmuş, Xətai rayon sakini Mahmudbəyli Seymur Məmməd oğludur. O, hazırda Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsində cəzasını çəkir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!