Xoşqədəm qadının başının kəsilməsini verilişə çıxardı - ŞOK VİDEO

Xoşqədəm qadının başının kəsilməsini verilişə çıxardı - ŞOK VİDEO
Xəbərlər
10.09.2017 4
Bildiyiniz kimi, bu yaxınlarda rayonların birində qadının başının kəsilməsi böyük müzakirələrə səbəb oldu.

Bu sözləri Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Bizə danış" verilişinin redaktoru Şahin Əhədov verilişin növbəti buraxılışı haqda Axar.az-a danışarkən deyib. Prodüser verilişdə müzakirə olunacaq məsələlərdən söz açıb:

"Qərara gəldik ki, "Qadınlara qarşı zorakılığa yox deyək" adlı bir aksiya təşkil edək, bu məsələni qabardaq. Verilişimizdə Vahid Əziz, Alim Qasımov, Aydın Mirzəzadə, Amaliya Pənahova kimi ziyalılar iştirak edəcək.

Bundan başqa, 18 yaşlı Məryəmin anası iddia edir ki, qızını aldadıb Suriyaya aparıblar. Anasına çarşabda fotolarını göndərib. Elnur adlı oğlanın iddiasına görə isə Xalisə adlı bir qadın onun qardaşı Farizi İranda girov saxlatdırıb. Bunlar haqda da verilişdə danışılacaq".

Qeyd edək ki, Xoşqədəm Hidayətqızının apardığı "Bizə danış" verilişi bu gün saat 16:00-da Xəzər TV-də efirə gedəcək.

скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!