Bankir iki qadına əzab verdi, sonra doğradı

Bankir iki qadına əzab verdi, sonra doğradı
Xəbərlər
10.09.2017 3
Çinin Honkonq şəhərində 31 yaşlı britaniyalı bankir Rurik Cattinqin məhkəmə prosesi başa çatıb. Cattinq iki indoneziyalı fahişəyə dəhşətli işgəncələr verəndən sonra onları qətlə yetirməkdə suçlanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Cattinq 2014-cü ildə mənzilində həbs olunmuşdu. Britaniyadakı dünyaca məşhur Winchester College-də təhsil alandan sonra Kembric Universitetini bitirmiş Cattinq "Bank of America Merrill Lynch"də çalışırdı. Onun aylıq maaşı 60 min dollar idi.

R.Cattinq 2014-cü ilin oktyabrın 27-də Honkonqdakı gecə barlarından birində 23 yaşlı indoneziyalı fahişə Sumarti Niqsihlə tanış olur. Niqsihi mənzilinə aparan Cattinq 3 gün sərasər qadını döyür, zorlayır. İşgəncələri iPhone smartfonu ilə çəkən Cattinq qadının başını kəsib. 3 gün sonra, noyabrın 1-də isə o, indoneziyalı Senenq Mujiasihlə tanış olur, qadını mənzilinə aparır, orada dəhşətli işgəncələrdən sonra xüsusi amansızlıqla qətlə yetirir.

O, ikinci qadını öldürəndə ilk qurbanının şaqqalanmış cəsədi eyvanda, çamadanda idi.

Bu 6 gün ərzində o, bütün əməllərini iPhone-a çəkmişdi.

Daha sonra Honkonqdan qaçmaq, bir qədər keçəndən sonra isə intihar fikrinə düşən Rurik Cattinq seks-şopa, oradan da məişət texnikası dükanına yollanaraq yeni qurban axtarıb.

Məhkəmədə prokurorun dediyinə görə, Cattinq qurbanlarına işgəncə verdiyi günlərdə hər gün 10 qram kokain və 2 litr spirtli içki qəbul edirmiş.

Məhkəmədə R.Cattinq deyib: "Hətta ən ağır qətllər baxımından cinayətlərim dəhşətlidir. Məni ruhlar, xəyulələr daim narahat edir. Onlardan qurtula bilmirəm. Bağışlayın məni, əfv edin".

Honkonq məhkəməsinin hakimi Maykl-Stüart Murun hökmünə əsasən, R.Cattinq iki ömürlük həbs cəzası alıb.

Hökm oxunanda Rurik Cattinq soyuqqanlı idi. O, susurdu.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!