Yeni doğulmuş körpəni divana qoyaraq gedən ana gəldiyi zaman dəhşətli mənzərədən havalandı - Uşağın başına elə bir şey gəldi ki...

Yeni doğulmuş körpəni divana qoyaraq gedən ana gəldiyi zaman dəhşətli mənzərədən havalandı - Uşağın başına elə bir şey gəldi ki...
Xəbərlər
10.09.2017 5
ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərində 3 günlük Syuzi Kirbi adlı körpə qız dayısının 2 iti tərəfindən hücuma məruz qalıb.

İtlərin küçədə bağlı vəziyyətdə olduğunu düşünən 33 yaşlı ana evin havasını dəyişmək üçün körpəni divanın üzərinə qoyaraq qapını açıb.



Fresno şəhər polis nümayəndəsinin sözlərinə əsasən, gənc ana çimərkən uşağın ağladığını eşidib. Evdə olmasına baxmayaraq hadisədən sonra xəbərdar olan dayı dərhal 911-ə (təcili tibbi yardım üçün) zəng etsə də, artıq gec olub. Körpə pitbul və şarpey itlərinin hibridi olan dördayaqlı tərəfindən gəmirilib.



Hər iki it evtanaziya üçün Kaliforniya Veterenar mərkəzinə göndərilib. Hadisə təfərrüatları dəqiqləşdirilir. Başlıca versiya bədbəxt hal adlandırılsa da, kriminal baxımdan da nəzərdən keçirilir. Bir neçə gün bundan əvvəl San-Diyeqoda başqa bir it 3 günlük körpəni öldürüb. Körpənin anası öskürdüyü zaman qorxan it uşağı dişləyib. Bu it doq və Amerika staffordşir teryeri hibridi olub.



Amerika staffordşir teryerini pitbullara aid edirlər. Dobermanlar, alman avçarkaları, çau-çau, laykalar və rotveylerlər kimi itlərin iştirakı ilə tez-tez dəhşətli hadisələr yaşanır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!