28 may stansiyasında oğurluq ANBAAN KAMERADA - VİDEO

28 may stansiyasında oğurluq ANBAAN KAMERADA - VİDEO
Xəbərlər
10.09.2017 5
Bakıda qadın mağazadan oğurluq edərkən biabr olub. Onun əməli mağazada quraşdırılmış təhlükəsizlik kamerasına düşüb.

Criminal.az xəbər verir ki, hadisə metronun 28 may stansiyası yaxınlığındakı marketdə baş verib.

Qadın alıcı kimi mağazaya girir, heç kimin onu görməyəcəyini düşünərək oğurluq edir.

Onun oğurladığı əşya isə gülməlidir. Mağazadan saç üçün bəzəkli sancaq oğurlayıb. Mağaza sahibi deyir ki, qadının şübhəli hərəkəti onun diqqətini çəkib. Kamerada görüb ki, qadın sancağı yalandan saçına taxaraq guya yoxlayır, sonra isə çıxarıb cibinə qoyur.

O, bu hərəkətini satıcının başı başqa müştəriyə qarışarkən edib. Qadın oğurladığı əşyanı cibinə qoyandan sonra getmək istəyir. Mağazanın rəhbərliyi ona cibindəki əşyanı niyə oğurladığını soruşub. O isə əməlinə qəribə izah verib. Deyib ki, oğurluq etməyib, sadəcə həmin sancaqlar onun şarfına ilişib. İfşa olunduğunu görən qadın oğurladığı əşyaları qaytararaq mağazanı tərk edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!