"Mənə deyirdilər ki, "ATV"-də şantaj xarakterli süjetlər hazırlanır" - XOŞQƏDƏM / AUDİO

Xəbərlər
10.09.2017 4
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı 2014-cü ildə ATV-də yayımlanan "Səni Axtarıram" verilişinin kadrarxası görüntüləri barədə danışıb. BiG.AZ xəbər verir ki, "Meydan TV" əməkdaşı ilə danışan aparıcı xanım bütün olanlarda ATV rəhbərliyini qınayıb:

"Bütün hallarda mən demək istəyirəm ki, ATV - də çalışdığım dönəmdə yalnız rəhbərliyin icazəsi ilə ilə addım atmışam. Rəhbərliyin izni olmadan mən heç bir addım atmaram. Mən ATV-dən çıxarkən heç bir arxiv materialı götürməmişəm. Materiallar TV rəhbərliyində qalmışdı, mənə deyirdilər ki, şantaj xarakterli süjetlər hazırlanır. İndi bilmirəm nə məsələdir. İstənilən halda nəyi düzüb, qoşsalar da, bilməlidirlər ki, TV-də icazəsiz heç bir material yayımlanmır. Mənim üçün ATV dönəmi bitib, o barədə danışmaq istəmirəm. Hər şey ötüb, keçib".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!