Azərbaycanda yeni ŞOK QADAĞA! Onlar bara gedə bilməz

Azərbaycanda yeni ŞOK QADAĞA! Onlar bara gedə bilməz
Xəbərlər
10.09.2017 10
Azərbaycanda 18 yaşı tamam olmayan şəxslərə spirtli içkilərdən, tütün məmulatlarından istifadə qadağan edilir. Bu kateqoriyadan olan şəxslərə bu məmulatların satışına, eləcə də onların şans və mərc oyunlarında iştirakına, saat 20:00-dan sonra gecə klublarına, barlara buraxılmasına qadağa qoyulur.

BiG.AZ-ın məlumatına görə, Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “Gənclər siyasəti haqqında” qanuna əlavələr müzakirəyə çıxarılıb.

Əlavələrə əsasən qanuna 5.6 maddəsi əlavə edilir və maddədə göstərilir ki, 18 yaşı tamam olmayan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışı və bu məhsullardan istifadə qadağan edilir. Qeyd olunan yaş kateqoriyasına qədər olan gənclərə şans və mərc oyunlarında birbaşa və ya dolayı yolla iştirak da yasaqlanır.

Maddənin digər bəndində isə göstərilir ki, himayəsində olduğu şəxslərdən ən azı birinin iştirakı olmadan saat 20:00-dan sonra bar, diskoteka və gecə klublarında iştirak da qadağandır./azvision/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!