Dünyanın ən bahalı, ən görməmiş toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO - FOTO

Dünyanın ən bahalı, ən görməmiş toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO - FOTO
Xəbərlər
10.09.2017 20
"Bu insan qudurub, mənəviyyatının və əxlaqının nə qədər yaramaz olduğunu göstərməkdən çəkinməyib".

Hindistanda böyük qalmaqaldır. Ölkə mediası qəzəbli və sinirlidir.

Səbəbsə sabiq nazir Canardhana Reddinin qızı Brahmani üçün etdiyi toydur.

Ölkə mediası bu toyu "dünyanın ən bahalı, ən görməmiş toyu" adlandırıb.

Səbəblər az deyil və onların arasında sadəcə biri yetər: toyda gəlinin əynindəki paltarın dəyəri nə az, nə çox - düz 2 milyon dollardı.

Toy 74 milyon dollara başa gəlib.

Sabiq nazir Canadhana Reddi qızının gəlin paltarına 2 milyon, onun zinət əşyalarına və daş-qaşına 10 milyon dollar ödəyib.

Milli valyuta olan rupinin dəyərdən düşdüyü, ölkə iqtisadiyyatında ağır problemlər yaşandığı bir dönəmdə Hindistandakı toy milyonlarla insanı qıcıqlandırıb.

5 milyard rupinin, yəni 74 milyon dolların xərcləndiyi toy ölkə mediasında geniş müzakirə olunur.

Toya qonaqlar xüsusi hazırlanmış və Fransada çap olunmuş dəvətnamələrlə çağırıblar. Hər dəvətnamə qızıl suyuna çəkilmişdi, brilyant və yaqut qaşlarla bəzədilmişdi. Dəvət səndəl ağacından hazırlanan, qapağında "toyun xəritəsi" olan işıq diodlu qutuya qoyulmuşdu. Qutu açılanda qapaqdakı kiçik monitorda sabiq nazirlə xanımının ifasında "toya dəvət mahnısı"nın klipinin avtomatik nümayişi başlanırdı. Klipi Hindistanın məşhur rejissorları çəkmişdilər və orada məşhur hind aktyorlar, aktrisalar da çəkilmişdilər.

C.Reddinin dediyinə görə, Banqalor şəhərində, habelə Sinqapurdakı daşınmaz əmlakını girov qoyaraq banklardan kredit götürüb, 6 ay əvvəl toya hazırlaşmağa başlayıb.

Banqalor şəhərindəki "Bangalore Palace"dakı toyun son günündə yüzlərlə peşəkar rəqqas və rəqqasə şou göstəriblər.

Toyda xüsusi dekorasiyalar tikilib və onlar qədim hinduist məbədlərinə bənzəyirdilər. Qonaqların təhlükəsizliyini 300 cangüdən və 300 polis təmin edib.

"Bharata Caanata Parti"nin sabiq funksioneri C.Reddi Karnataka ştatında nazir idi.

Dünyanın ən bahalı, ən görməmiş toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO - FOTO
Dünyanın ən bahalı, ən görməmiş toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO - FOTO
Dünyanın ən bahalı, ən görməmiş toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO - FOTO
Dünyanın ən bahalı, ən görməmiş toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO - FOTO
Dünyanın ən bahalı, ən görməmiş toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO - FOTOскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!