12 il sonra komadan ayıldı və görün İLK DEDİYİ SÖZ NƏ OLDU...

12 il sonra komadan ayıldı və görün İLK DEDİYİ SÖZ NƏ OLDU...
Xəbərlər
10.09.2017 5
Sfera.az xəbər verir ki, Martin Pistorius Cənubi Afrikada böyüyən olduqca adi bir uşaq idi. 12 yaşında sirli xəstəliyin baş verməsi ilə həyatı dəyişməyə başlayıb. Öncə boğaz ağrısı ilə başlayan xəstəlik daim yatması və sonda hərəkət qabiliyyətini tamamilə itirməsi ilə nəticələnib.
Həkimlər onun bir növ menengitə yoluxduğuna inansalar da, ona kömək edə bilməyəcəklərini deyəndən sonra Martini evə göndərirlər. Ailəsi hər an onun yanında idi. Hamam və yemək yemək kimi sadə işlərini həyata keçirməyən Martini yataq yarası əmələ gəlməsin deyə hər 2 saatdan bir çevirmələri lazım idi.
Gündüzlər reabilitasiyaya gedən Martin 2 il sonra şüurunu bərpa etməyə başlayır. 16 yaşına gələndə durumundan xəbərdardı, ancaq yenə də hərəkət etmirdi. Onun danışa bilməsi üçün 10 il daha keçməsi lazım gələcəkdi. Özünə gəldikdən sonra baxıcıları ilə bağlı dedikləri isə qanınızı donduracaq: "Qorxuncdur. Ailəm başıma gələnləri öyrənəndə şok olmuşdu. Evindəki insanlar saçımı çəkir, metal qaşıqla dişimə vurur və yeməyi ağzıma yerləşdirməyə çalışırdılar. Mənə davamlı qışqırır və hirslənirdilər. Ağlayanda isə daha pis davranırdılar. Baxıcı qadınlardan birinin cinsi istismarına da məruz qalmışdım. Qaldığım otağa gəlib mənimlə əlaqəyə girməyə çalışır və cinsi orqanıma toxunurdu. Hər saniyə qaçacağam günü gözlədim".
O, həyatındakı ən pis anın isə anasının otağına gələndə qulağına "Ümid edirəm ki, ölərsən", - dediyi zaman olduğunu bildirib.
Yaşadıqlarından xilas olmaq üçün fikirlərini izah etməyə çalışan Martin bunun sayəsində inkişaf etməyə başlayıb və 2011-ci ildə 25 yaşında normal vəziyyətə qayıdıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!